Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb

Kiyev, 25 mart, ARHD.AZ


Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb.

ARHD.AZ xəbər verir ki, 1100-dən çox insanın dəvət olunduğu andiçmə mərasimi Müstəqillik Sarayının ən böyük zalında – Təntənəli mərasimlər salonunda keçirilib.

Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mərasimi açaraq Belarus xalqının iradəsi ilə azad və demokratik seçkilər şəraitində Aleksandr Lukaşenkonun ölkə Prezidenti seçildiyini bəyan edib.

Sonra Aleksandr Lukaşenko and içib.

Daha sonra Belarusun Dövlət Himni səsləndirilib, dövlət başçısı sədaqət andını imzalayıb.

Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko Aleksandr Lukaşenkoya Belarus Respublikası Prezidentinin vəsiqəsini təqdim edib.

Qeyd edək ki, bu il yanvarın 26-da keçirilən seçkilərin yekununda Aleksandr Lukaşenko Belarus Prezidenti seçilib. Səsvermədə iştirak edən vətəndaşların 86,82 faizi (5 milyon 136 min 293 nəfər) onun namizədliyinə səs verib.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə