Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

Bakı, 25 mart, ARHD.AZ


2024-cü ildə dünyada elektrik enerjisindən istifadə son onillikdəkindən daha çox artıb.

ARHD.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin illik hesabatında bildirilir. Qeyd olunur ki, tarixdə ilk dəfə neft mənşəli yanacağın payı 30 faizdən aşağı düşüb.

Agentlik qlobal elektrik istehlakının il ərzində 4 faiz, yaxud 1100 teravatsaat artdığını bildirir. İstehlakın artmasının başlıca səbəbi soyutmaya tələbatın artmasıdır. İqlim dəyişiklikləri nəticəsində kondisionerlərə və soyuduculara tələbat artır. Bundan başqa, nəqliyyatın elektrikləşməsi, data mərkəzlərinin yaradılması və süni intellektdən istifadənin genişlənməsi də elektrik enerjisi istehlakını sürətləndirir.

Baxış sayı: 3 533

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə