24 mart 2025 13:19 ARHD.AZ

Zurabişvilinin “Xarici təsirin şəffaflığı" barədə qanunun ləğvi ilə bağlı konstitusiya şikayəti rədd edilib


Gürcüstan prezidenti Mixeil Xavelaşvili sabiq prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı" haqqında qanunun ləğvi ilə bağlı konstitusiya şikayətini rədd edib.

"ARHD.AZ"un Gürcüstan bürosu bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Prezident Administrasiyası tərəfindən yayılmış məlumatda bildirilir ki, “Xarici təsirin şəffaflığı haqqında” Gürcüstan qanunu şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanır və bu, Gürcüstanın dövlətçiliyinin əsas prinsipinin - milli suverenliyin qorunmasına və ölkənin sabit inkişafına kömək edir.

"Qanun cəmiyyətin xarici qüvvələrin maraqlarını daşıyan təşkilatların maliyyə mənbələri haqqında maksimum məlumatlandırılmasına xidmət edir. Buna görə də, Gürcüstanın Prezidenti Mixeil Xavelaşvili konstitusiya şikayətinə rədd cavabı vermək qərarına gəlib", - məlumatda qeyd edilib.

Baxış sayı: 5 470

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə