24 mart 2025  ARHD.AZ

İrəvan Bakı ilə sülh sazişi imzalandıqdan sonra da Aİ missiyası ilə əməkdaşlıq etmək niyyətindədir


Ermənistan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra da, müşahidəçilərin Ermənistan-Azərbaycan sərhədindən çıxmalı olduğu halda belə, Avropa İttifaqının (Aİ) mülki missiyası ilə əməkdaşlıq etmək niyyətindədir.

“ARHD.AZ” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.

"Biz Aİ ilə müşahidəçilərin yeni mandatını müzakirə edə bilərik və əməkdaşlıq mütləq sərhəd məsələləri ilə məhdudlaşmamalıdır. Biz Avropa müşahidəçiləri ilə işimizi davam etdirmək üçün düzgün model tapa biləcəyik", - o qeyd edib.

P.Hovhannisyan, həmçinin bildirib ki, Ermənistan vətəndaşları üçün Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə növbəti danışıqlar raundu apreldə keçiriləcək: "Növbəti mərhələ 2025-ci ilin aprelin 7-11-də planlaşdırılıb”.

Baxış sayı: 5 437

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə