24 mart 2025      ARHD.AZ

Ermənistan XİN: Aİ təhlükəsizlik sahəsində İrəvanın mühüm tərəfdaşına çevrilir


Ermənistan Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik sahəsində əlaqələrini gücləndirir.

“ARHD.AZ” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.

Onun sözlərinə görə, Ermənistan artıq Aİ ilə dialoq aparır ki, bu çərçivədə Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyanın iki iclası keçirilib: "Biz müdafiə və təhlükəsizlik məsələləri üzrə daha fəal işə başlamalı olduğumuz yeni formatları müzakirə edirik. Avropa İttifaqı Ermənistanın təhlükəsizlik sahəsində vacib tərəfdaşına çevrilir. Məhz buna görə də müzakirə olunan yeni tərəfdaşlıq gündəliyində ilk dəfə olaraq təhlükəsizlik məsələlərinə böyük yer ayrılıb".

P.Hovhannisyan qeyd edib ki, hazırda Aİ-də təhlükəsizlik sahəsinin gücləndirilməsi üzrə gündəlik fəal şəkildə müzakirə olunur ki, bu isə Ermənistanla bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.

O, həmçinin qeyd edib ki, Ermənistan Avropa Sülh Fondundan vəsait ($10 milyon) almaq üçün ikinci müraciətini təqdim edib.

Baxış sayı: 4 565

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə