Astana, 23 mart, ARHD.AZ


Qazaxıstanın Aktau şəhərində Novruz bayramı münasibətilə şəhər akimatının təşkil etdiyi tədbirdə Azərbaycan Respublikasının baş konsulluğu və Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Etnomədəni İctimai Birliyi birgə iştirak edib.

ARHD.AZ-ın məlumatına görə, ortaq layihə çərçivəsində milli çadır qurulub, şəhər sakinləri milli yeməklərimizə, o cümlədən şəkərbura və paxlavaya qonaq edilib. Diaspor fəalları canlı musiqi ifa edib, milli geyimli gənclər qonaqlarla birlikdə rəqs ediblər. Milli çadır şəhər sakinlərinin böyük marağına səbəb olub. Tədbir iştirakçıları Azərbaycan xalqının ortaq adət-ənənələrə malik olduğunu əyani şəkildə görüblər.

Bayram tədbiri çərçivəsində Manqistau vilayətinin akimi (başçısı) Nurdaulet Kilıbay və vilayət rəsmiləri milli çadırı ziyarət ediblər, baş konsul Ayxan Süleymanlı və diaspor nümayəndələri ilə bayramlaşıblar.

Milli çadırı, həmçinin Türkiyənin və İranın Aktaudakı baş konsulları ziyarət ediblər və Azərbaycan milli yeməklərini dadıblar.

Baxış sayı: 3 518

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə