İsrail vasitəçi qismində çıxış edən Misir dövlətinin köməyi ilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağından girovların azad edilməsi üçün iki mərhələli plan təqdim edib.

ARHD.AZ xəbər verir ki, bu barədə “Sinxua” agentliyi adı açıqlanmayan məlumatlı mənbələrə istinadən yazıb.

Belə ki, İsrailin planı Fələstin hərəkatının ilk mərhələdə 11 girovu azad edəcəyini və 16 ölünün cəsədini təhvil verəcəyini, ardınca isə 40 gün müddətinə barışıq əldə edəcəyini nəzərdə tutur.

HƏMAS daha sonra bütün qalan girovları azad etməli olacaq. Mənbələr bildiriblər ki, ABŞ İsrailin bu təklifini dəstəkləyir.

Baxış sayı: 3 505

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə