Bakı, 22 mart, ARHD.AZ



ADSEA Naxçıvanda tədbir keçirib


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Naxçıvan şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib.

Bu barədə ARHD.AZ ADSEA-dan məlumat verilib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəis müavini Ülfət Kazımov bildirilib ki, Naxçıvan şəhər Sukanal İdarəsinin tabeliyində 16 texnika var ki, onlardan 3-ü tam yenidir. Digər texnikalar təmir edilib və normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib. Texnikalar qənaət bəxşdir.

Naxçıvan şəhər Sukanal İdarəsinin rəisi Samir Baxşəliyev ev isə qeyd edib ki, şəhər üzrə 27 min 160 abonentə xidmət göstərilir. İdarənin tərkibində 4 qəza-bərpa avtomobili, 4 ekskavator-traktor, 1 BMC PRO 625 xüsusi təyinatlı kanal təmizləyən və 2 özu boşaldan yük avtomobili mövcuddur. Qeyd olunan texnikalar vasitəsi ilə qəza-bərpa xidməti tərəfindən 24 saat fasiləsiz olaraq əhaliyə xidmət göstərilir.

Sonda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyəti yoxlanılıb.

Baxış sayı: 5 564

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə