Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb

Vaşinqton, 21 mart, ARHD.AZ


ABŞ Prezidenti Donald Tramp Təhsil Departamentinin ləğvinə başlamaqla bağlı sərəncam imzalayıb.

ARHD.AZ-ın məlumatına görə, o, sərəncamda təhsil katibi Linda Makmahona Təhsil Departamentinin bağlanmasını asanlaşdırmaq və təhsil səlahiyyətlərini ştatlara qaytarmaq üçün bütün lazımi addımları atmağı tapşırıb.

Tramp deyib ki, departament federal tələbə kreditləri və “Pell” qrantlarına nəzarəti davam etdirəcək.

Departamentin tamamilə ləğvi üçün 1979-cu ildə agentliyi yaradan Konqresin təsdiqi lazımdır.

Baxış sayı: 2 145

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə