20 mart 2025  ARHD.AZ

Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında qanun layihəsini qəbul etməyib


Estoniya parlamenti hökumətə Rusiya ilə sərhədin bağlanmasını təklif edən qanun layihəsini dəstəkləməyib.

“ARHD.AZ” “İnterfaks”a istinadən xəbər verir ki, qanun layihəsi martın 20-də keçirilən iclasda rədd edilib.

“Vətən” fraksiyasından olan təşəbbüs müəllifləri iddia ediblər ki, Rusiyanın təhlükəsizlik təhdidi, hücumları və artan düşmənçilik fəaliyyəti fonunda hökumət Estoniya-Rusiya quru sərhədini mümkün qədər tez bağlamaq qərarına gəlməlidir. Bu, təhdidlərə qarşı tədbir kimi təklif edilmişdi.

Səsvermə zamanı 14 deputat qanun layihəsinin lehinə, 61 deputat əleyhinə səs verib, daha sonra o, baxılacaq məsələlər siyahısından çıxarılıb.

Qeyd edək ki, Estoniya parlamentinin ümumilikdə 101 üzvü var.

Əlavə edək ki, hazırda Estoniya ilə Rusiya arasında rəsmi olaraq müəyyən edilmiş dövlət sərhədi yoxdur, bunun əvəzinə müvəqqəti nəzarət xətti var.

Baxış sayı: 4 567

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə