Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

London, 20 mart, ARHD.AZ


Bu gün Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir.

ARHD.AZ “BBC”yə istinadla xəbər verir ki, görüşdə Ukrayna üçün nəzərdə tutulan sülhməramlı qüvvə ilə bağlı planların müzakirə ediləcəyi gözlənilir. Təxminən 20-dən çox ölkə bu müzakirələrə qatılacaq. Baş nazir Kir Starmerin günortadan sonra görüşə qoşulacağı gözlənilir. O, bundan əvvəl Barro şəhərinə səfər edərək Britaniyanın yeni nəsil nüvə başlıqlı sualtı qayığının inşasında əsas hissənin qoyulması mərasimində iştirak edəcək.

Qərb dövlətlərinin rəhbərliyi ilə Ukrayna üçün sülhməramlı qüvvə planlarının artıq əməliyyat mərhələsinə keçdiyi bildirilir. Britaniya və Fransanın rəhbərlik etdiyi “istəkli koalisiya”nın üzvü olan ölkələrin yüksək rütbəli hərbi zabitləri Böyük Britaniyanın Northwood şəhərində yerləşən daimi birgə qərargahında bu qüvvənin fəaliyyət mexanizmlərini müzakirə edəcəklər. Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Lyuk Pollard bildirib ki, bu koalisiyanı “inandırıcı qüvvə” kimi formalaşdırmaq istəyirlər. Onun sözlərinə görə, bu qüvvə Ukraynaya davamlı sülhə nail olmaq, eləcə də yenidən qurulmaq və silahlanmaq imkanı verəcək.

Baxış sayı: 2 005

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə