Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib

Kiyev, 15 mart, ARHD.AZ



Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib


Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketi uğurla sınaqdan keçirib.

ARHD.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində məlumat verib.

“Uzun Neptun” raketi sınaqdan keçirilib və döyüşdə uğurla istifadə olunub. Bu, Ukraynanın bir neçə ildir ki, üzərində işlədiyi məxfi layihədir”, - deyə Zelenski əlavə edib. O bildirib ki, bu raket dəqiq zərbə endirir, 1000 km məsafədə hədəfləri vurur.

Prezident raketin tərtibatçılarına, istehsalçılarına və hərbçilərə təşəkkür edib.

“Biz Ukraynanın təhlükəsizliyinin təmini üçün işimizi davam etdiririk”, - deyə Zelenski bildirib.

Baxış sayı: 3 460

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə