Bakı, 15 mart, ARHD.AZ
Bakıda “Gender-Təhlükəsizlik-İqlim bağlantısı” mövzusuna həsr edilmiş sessiya keçirilir
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu üçüncü günündə işini panel iclaslarla davam etdirir.
ARHD.AZ xəbər verir ki, BMT-Macarıstan Assosiasiyasının prezidenti, “Women4Diplomacy” Hərəkatının qurucusu, UNESCO-nun 36-cı sessiyasının prezidenti, Macarıstanın BMT və UNESCO yanındakı sabiq səfiri Katalin Boqyayın moderatorluğu ilə keçirilən sessiya “Gender-Təhlükəsizlik-İqlim bağlantısı” mövzusuna həsr olunub.
Panel sessiyada mövzu ətrafında Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, Liviyanın Avropa İttifaqındakı sabiq səfiri, şahzadə Talal bin Əbdüləziz Əl Səudun baş müşaviri Farida Allaqi, Yunanıstanın sabiq Baş naziri (2009-2011) George Papandreu, Misirin İnsan Hüquqları üzrə Milli Şurasının prezidenti Kemet Butros Ghali, Sülh və Bilik Fondunun icraçı prezidenti, 2009-2011-ci illərdə Misirin ailə və əhali naziri olmuş Muşirə Xəttabın çıxışları dinləniləcək.