Bakı, 15 mart, ARHD.AZ

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu üçüncü günündə işini panel iclaslarla davam etdirir.

ARHD.AZ xəbər verir ki, BMT-Macarıstan Assosiyasının prezidenti, “Women4Diplomacy” Hərəkatının qurucusu, UNESCO-nun 36-cı sessiyasının prezidenti, Macarıstanın BMT və UNESCO yanındakı sabiq səfiri Katalin Boqyayın moderatorluğu ilə keçirilən sessiya "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" mövzusuna həsr olunub.

Panel sessiyada mövzu ətrafında Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, Liviyanın Avropa İttifaqındakı sabiq səfiri, şahzadə Talal bin Əbdüləziz Əl Səudun baş müşaviri Farida Allaqi, Yunanıstanın sabiq Baş naziri (2009-2011) George Papandreu, Misirin İnsan Hüquqları üzrə Milli Şurasının prezidenti Kemet Butros Ghali, Sülh və Bilik Fondunun icraçı prezidenti, 2009-2011-ci illərdə Misirin ailə və əhali naziri olmuş Muşirə Xəttabın çıxışları dinləniləcək.

Baxış sayı: 5 644

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə