Bakı, 15 mart, ARHD.AZ

Süni zəka cəmiyyət tərəfindən idarə olunmalıdır. Aydındır ki, o, müəyyən dairələrin əlindədir.

ARHD.AZ xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar " adlı panel iclasında Yunanıstanın sabiq baş naziri Corc Papandreu deyib.

Onun sözlərinə görə, texnologiya təhsil, iqlim dəyişikliyi kimi problemlər üçün yox, kütləvi qırğın silahlarının hazırlanması üçün daha çox istifadə olunur. Sabiq baş nazir bunun nəzarətdən kənarda qaldığını və süni zəkanın ABŞ və Çin kimi iri dövlətlərin əlində olduğunu bildirib.

"Təhsildə, iqlim dəyişikliyində bu texnologiyalar çox vacibdir. Süni zəkanın demokratiya üçün neçə istifadə edilməsini düşünməliyik, çünki texnologiyalar bəşəriyyətə xidmət etməlidir", - deyə o, əlavə edib.

Baxış sayı: 3 329

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə