Tramp: Rusiya ilə razılaşmanı imzalamasaq, daha çox hadisələr baş verəcək

Nyu-York, 14 mart, ARHD.AZ

Co Bayden bizi Rusiya ilə əsl qarışıqlığa salıb, amma mən bizi oradan çıxaracağam.

ARHD.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, milyonlarla insan lazımsız yerə həyatını itirib.

“Əgər Rusiya ilə atəşkəs və yekun razılaşmanı tamamlayıb imzalamasaq, daha çox hadisələr baş verəcək. Mən Prezident olsaydım, müharibə 100 faiz olmazdı. Eləcə də İsraillə 7 oktyabr hadisəsi baş verməzdi, Əfqanıstandan geri çəkilmə güc və qürurla həyata keçirilərdi, ölkəmizin tarixində ən utancverici gün olmazdı”,- deyə Tramp əlavə edib.

Baxış sayı: 3 454

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə