Bakı, 14 mart, ARHD.AZ

Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

ARHD.AZ xəbər verir ki, heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir.

Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir. Qonaqlar martın 15-də Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşəcək, növbəti gün isə Şuşa və Füzuli şəhərləri ilə tanış olacaqlar.

Martın 18-də Bakı şəhərində ilk dəfə olaraq “Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.

Səfər martın 19-dək davam edəcək. Səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin də keçirilməsi planlaşdırılır.

Baxış sayı: 2 001

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə