Budapeşt Moskva ilə Kiyev arasında sülh danışıqlarına böyük ümid bəsləyir

Budapeşt, 12 mart, ARHD.AZ



Budapeşt Moskva ilə Kiyev arasında sülh danışıqlarına böyük ümid bəsləyir


Ukraynadakı müharibəyə heç bir dövlət, xüsusən də Avropa laqeyd yanaşmır. Üstəlik, Ukrayna ilə ümumi sərhədi nəzərə alsaq, açıq şəkildə demək olar ki, bu müharibə ilə bağlı hər şey və ondan qaynaqlanan nəticələr birbaşa Macarıstanı da narahat edir.

ARHD.AZ xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə paylaşdığı məqalədə müharibənin artıq üç ildir davam etdiyini narahatlıqla xatırladıb.

“Üç ildir biz atəşkəs əldə olunmasına və sülh danışıqlarının başlanmasına çağırış edirik. Bu üç il ərzində mövqeyimizə görə bizi tənqid ediblər və budur, üç ildən sonra atəşkəs rejiminin əldə olunması və sülh danışıqlarının başlanmasına ümid yaranıb. Bəlkə bütün bu rüsvayçılığa ehtiyac yox idi?! O zaman yüz minlərlə insan həyatını itirməzdi, milyonlarla insan məcburi köçkün vəziyyətinə düşməzdi və dəymiş ziyanın həcmi hazırkından yüz milyardlarla avro daha az olardı”, – deyə Siyarto qəzəblə müharibəni davam etdirən və onu daha da alovlandıranların məsuliyyətsizliyinə eyham vurub.

Baxış sayı: 4 533

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə