Britaniya ABŞ tarifləri ilə bağlı cavab addımı atmayacaq

London, 12 mart, ARHD.AZ



Britaniya ABŞ tarifləri ilə bağlı cavab addımı atmayacaq


Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına tətbiq etdiyi tariflərdən narazı olduğunu bildirsə də, Avropa İttifaqından fərqli olaraq, Vaşinqtona qarşı cavab xarakterli ticarət tarifləri tətbiq etməyəcəyini açıqlayıb.

ARHD.AZ “Reuters”ə istinadla xəbər verir ki, Britaniya hökuməti ölkənin polad sənayesinin kiçik olmasına baxmayaraq, ABŞ-ın müdafiə, neft-qaz və tikinti sahələri üçün ixtisaslaşmış məhsullar istehsal etdiyini, bu səbəbdən tariflərdən azad edilməli olduğunu əvvəlcədən vurğulamışdı. Tramp isə ötən ay iki ölkə arasında xüsusi ticarət sazişi əldə olunacağı təqdirdə, Britaniyanın bu tariflərdən yayınacağını bildirmişdi. Lakin razılaşma baş tutmadığı üçün Britaniya da Trampın tarif siyasətinə məruz qalıb.

Avropa İttifaqı isə tarif qərarına cavab olaraq, gələn aydan etibarən ABŞ-ın 26 milyard avro (28 milyard dollar) dəyərində məhsullarına qarşı əks tariflər tətbiq edəcəyini açıqlayıb.

Britaniyalı rəsmilər isə hökumətin ABŞ-a qarşı cavab xarakterli tariflər tətbiq etmək əvəzinə, tariflərdən azad olunmaq üçün danışıqlar aparacağını bildiriblər.

“ABŞ-ın bu gün polad və alüminiuma qlobal tariflər tətbiq etməsi məyusedicidir. Biz praqmatik yanaşmaya üstünlük veririk və əlavə tarifləri aradan qaldırmaq, eləcə də Britaniya biznesi və iqtisadiyyatı üçün faydalı olacaq daha geniş iqtisadi saziş bağlamaq üçün ABŞ ilə sürətli danışıqlar aparırıq”,- deyə Britaniyanın biznes naziri Conatan Reynolds bildirib.

Baxış sayı: 4 545

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə