Fridrix Merts hökuməti rekord müddətdə formalaşdırmaq istəyir

Berlin, 12 mart, ARHD.AZ



Fridrix Merts hökuməti rekord müddətdə formalaşdırmaq istəyir


Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar parlament seçkilərinin qalibi olan Xristian Birlik partiyaları Sosial Demokrat Partiyası (SPD) ilə koalisiya danışıqlarını aprelin 14-də başlayan həftədə tamamlamaq istəyir. Koalisiya danışıqları martın 14-də başlayacaq.

ARHD.AZ xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti məlumat yayıb. Məlumatda qeyd olunub ki, Birlikdə yer alan Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosial İttifaqı (CSU) Fridrix Mertsin Kansler seçilməsini aprelin 23-nə planlaşdırıb. Əslində Fridrix Metrs Pasxa bayramına qədər Kansler seçilmək istəyirdi ki, bu da seçkidən təxminən 50 gün sonra demək idi. Müqayisə üçün, 2021-ci ildə koalisiyanın formalaşdırılması 73 gün, 2017-ci ildə isə 171 gün çəkmişdi. Bu il Pasxa bayramı bazar gününə - aprelin 20-nə düşdüyündən seçkinin planlaşdırılan tarixi Pasxadan sonraya təsadüf edir.

Koalisiya danışıqları ilə əlaqədar 19 işçi qrup yaradılıb. İşçi qrupları martın 24-dək öz hesabatlarını rəhbərliyə təqdim etməlidir. Yeni Bundestaqın ilk iclası isə martın 25-də keçiriləcək. CDU-nun rəhbər orqanının 10-11 aprel tarixlərində koalisiya müqaviləsinə rəsmi razılıq verməsi planlaşdırılır.

Baxış sayı: 4 346

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə