Pakistanda təhlükəsizlik qüvvələri sərnişin qatarına hücum edən 16 terrorçunu məhv edib

İslamabad, 12 mart, ARHD.AZ

Pakistan təhlükəsizlik qüvvələri Bəlucistanın Bolan keçidinin Dhadar bölgəsində sərnişin qatarına hücum edən və sərnişinləri girov saxlayan 16 terrorçunu öldürüb, bir neçəsini yaralayıb.

ARHD.AZ xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik mənbələri məlumat yayıb.

Bildirilib ki, terrorçular kiçik qruplara bölünüblər. Təhlükəsizlik qüvvələri indiyədək terrorçular tərəfindən saxlanılan 104 girovu xilas ediblər. Onların arasında 15 uşaq var.

Hazırda səylər qalan sərnişinlərin təhlükəsiz buraxılmasını təmin etməyə yönəlib. Bildirilib ki, terrorçular günahsız insanlardan canlı qalxan kimi istifadə edir və üzərində partlayıcı jiletlər geyinmiş kamikadzelər bəzi sərnişinlərin yanına yerləşdirilir.

Yaralı sərnişinlər yaxınlıqdakı xəstəxanalara aparılıb, əməliyyata əlavə təhlükəsizlik dəstələri cəlb olunub. Onlar son terrorçu məhv edilənə qədər əməliyyatı davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, çərşənbə axşamı Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kaççi rayonunda silahlı şəxslər sərnişin qatarına hücum edib, sərnişinləri girov götürüblər.

Baxış sayı: 2 503

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə