Qazaxıstan BTC kəməri ilə neftin nəqlini artıracaq

Bakı, 11 mart, ARHD.AZ



Qazaxıstan BTC kəməri ilə neftin nəqlini artıracaq


Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını artırmaq niyyətindədir. ARHD.AZ “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu azərbaycanlı həmkarı Ceyhun Bayramovla Astanada keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində deyib.

Qazaxıstanlı nazir qeyd edib: “Biz Qazaxıstanın enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarına tədarükü ilə bağlı razılaşmalarımızı uğurla həyata keçiririk. Ötən il Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1,4 milyon ton neft nəql edilib. Gələcəkdə Qazaxıstan neftinin tranzitini ildə 2,2 milyon tona çatdırmağı planlaşdırırıq”.

Murat Nurtleu vurğulayıb ki, Qazaxıstan azərbaycanlı tərəfdaşları ilə birgə xaricə uranın stabil tədarükünü davam etdirir. O əlavə edib: “Qazaxıstanın enerji resurslarının nəqli və Xəzər dənizi vasitəsilə infrastruktur layihələrinin həyata keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm əlaqə rolunu oynayır”.

Baxış sayı: 5 635

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə