Qazaxıstan OPEC+ öhdəliklərini yerinə yetirmək üçün neft hasilatını tənzimləyəcək

Astana, 7 mart, ARHD.AZ



Qazaxıstan OPEC+ öhdəliklərini yerinə yetirmək üçün neft hasilatını tənzimləyəcək


Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev əmin edib ki, Qazaxıstan OPEK+ çərçivəsində öz öhdəliklərinə sadiqdir və onların icrası üçün bütün zəruri tədbirləri görür.

ARHD.AZ “Kazinform” agentliyinə istinadla xəbər verir ki, məsələnin həlli üçün Energetika Nazirliyi artıq ölkənin ən iri yataqlarını işləyən böyük beynəlxalq konsorsiumların səhmdarları ilə məsləhətləşmələr aparıb. Yaxın vaxtlarda Qazaxıstan ötən ilin yanvar ayından bəri artıq hasil edilmiş neft həcmlərinin kompensasiya olunması üzrə yenilənmiş plan təqdim edəcək.

"Biz tərəfdaşlarımızla konstruktiv dialoq aparırıq və onların bu məsələyə anlayışla yanaşdığını görürük. Eyni zamanda, Qazaxıstanda neft hasilatının azaldılmasına və OPEK+ çərçivəsində əldə edilmiş bütün razılaşmaların yerinə yetirilməsinə imkan verəcək tədbirlər kompleksini işləyib hazırlayırıq", – deyə energetika naziri bildirib.

Onun sözlərinə görə, Qazaxıstan öz öhdəliklərini yerinə yetirmək üçün bütün zəruri tədbirləri, o cümlədən ayrı-ayrı yataqlarda hasilat planlarının azaldılmasını həyata keçirib.

Baxış sayı: 5 046

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə