İraq hökuməti ölkədə ən böyük günəş elektrik stansiyasını tikir

Qahirə, 7 mart, ARHD.AZ



İraq hökuməti ölkədə ən böyük günəş elektrik stansiyasını tikir


İraq hökuməti “Bəsrə Günəşi” layihəsinin həyata keçirilməsinə başlandığını elan edib.

ARHD.AZ İraq xəbər agentliyinə istinadla bildirir ki, bu, ölkədə ən böyük Günəş elektrik enerjisi stansiyası olacaq.

İraqın Elektrik Enerjisi Nazirliyinin bildirdiyinə görə, layihə “Total Energy” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və Bəsrə səhrasının 9 min hektar ərazisində inşa olunur.

Layihə çərçivəsində dörd generatorla əlaqələndirilmiş təxminən iki milyon günəş panelinin quraşdırılması planlaşdırılır. Hər generatorda 250 meqavat olmaqla, ümumilikdə 1000 meqavat yaşıl elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Baxış sayı: 5 044

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə