Türkiyə Prezidenti: Aİ-nin artıq daha strateji mövqe sərgiləməsini gözləyirik

İstanbul, 7 mart, ARHD.AZ



Türkiyə Prezidenti: Aİ-nin artıq daha strateji mövqe sərgiləməsini gözləyirik


Rusiya ilə Ukrayna arasında tezliklə atəşkəsin təmin olunmasını, tərəflər arasında etimadı artıran tədbir kimi havadan və dənizdən hücumların dayandırılmasını dəstəkləyirik. Qara dənizdə gəmiçiliklə bağlı təhlükəsizliyi təmin edəcək bir razılaşmaya nail olmaq üçün göstərdiyimiz səylər bu yanaşma ilə üst-üstə düşür. Təbii ki, burada müdafiə sənayemizin Ukraynaya verdiyi dəstək və müharibə şəraitinə baxmayaraq, ölkəni tərk etməyən özəl sektorumuzun töhfələrini vurğulamaq istəyirəm. Belə olduğu halda, Avropa İttifaqının müdafiə məhsullarının tədarükü və yenidənqurma proqramlarından Türkiyəni kənarda saxlamasını izah etmək mümkün deyil.

ARHD.AZ xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) təşkil etdiyi “Həmfikir Ölkə Liderlərinin Onlayn Görüşü”ndə çıxışı zamanı ifadə edib.

Aİ-nin bu mövqeyini dəyişməsini ortaq maraqların tələbi kimi dəyərləndirən Türkiyə Prezidenti Avropanın təhlükəsizliyinin yalnız ittifaqa üzv ölkələrin deyil, bütün Avropa müttəfiqlərinin məsələsi olduğunu vurğulayıb.

“Avropanın təhlükəsizliyinə dair bütün addımların Türkiyə ilə birlikdə planlaşdırılmasının ortaq mənafeyimizə uyğun olacağına inanırıq. Ukraynanın yenidən qurulmasını və dirçəldilməsini hədəfləyən Avropa Sülh Mexanizmi kimi strukturlara daxil olmağımız vacibdir. Tam üzvlük hədəfimizi qoruyuruq. Aİ-nin artıq daha strateji bir mövqe sərgiləməsini, üzvlük müzakirələrimizin yenidən canlandırılmasını gözləyirik”, - deyə Prezident Ərdoğan bildirib.

Baxış sayı: 4 349

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə