Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) direktoru Rafael Mariano Qrossi 2026-cı ilin sonunda keçiriləcək BMT Baş Katibi seçkilərində iştirak edəcəyini açıqlayıb.


ARHD.AZ  xəbər verir ki, Qrossi bu barədə Nyu-Yorkdakı BMT mənzil-qərargahında təşkil olunan mətbuat konfransında danışıb.


BMT Baş katibi Antonio Quterreşin səlahiyyət müddətinin 2026-cı ilin sonunda başa çatacağı nəzərə alınaraq, Baş katib vəzifəsinə namizəd olub-olmaması barədə sual verildikdə, Qrossi “Bəli, Baş Katib vəzifəsinə namizəd olacağam. Bu sirr deyil və olmamalıdır” deyib.


O, həmçinin, qeyd edib ki, namizədliyi hazırkı IAEA direktoru vəzifəsinə təsir etməyəcək və Agentlikdəki fəaliyyəti onun “nə qədər yaxşı Baş katib ola biləcəyinin” göstəricisidir.


Qeyd edək ki, Antonio Quterreş BMT Baş Katibliyini iki müddət icra edib və onun mandatı 2026-cı ilin sonunda başa çatacaq.

Baxış sayı: 2 993

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə