DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib

Bakı, 14 mart, ARHD.AZ

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinir. Son sutka ərzində baş verən həmin hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Zəng etdiyi şəxsi öz yalanına inandırandan sonra “bank hesabına müdaxilə edildiyi, onun pulunun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçün kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankın göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu telefonda özünü “bank əməkdaşı” kimi təqdim edənə deyəndə artıq iş-işdən keçmiş olur. Belə halların baş verməmis üçün atılacaq addım çox sadədir. Kart məlumatlarını tanımadığınız və güvənmədiyiniz heç kəslə bölüşmək olmaz.

Unutmayın, bank kartınızın təhlükəsizliyi öz əlinizdədir!

Baxış sayı: 0

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə