Bakı, 12 iyun, ARHD.AZ
Azərbaycan ilə Oman arasında elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, bir yol” konfransı çərçivəsində Oman Sultanlığının ali təhsil, tədqiqat və innovasiyalar naziri Rahma bint İbrahim bin Said Al Mahrouqiyah ilə görüşüb.
Bu barədə ARHD.AZ-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş çərçivəsində Oman Sultanlığı ilə elm və ali təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.