Ankara, 13 may, ARHD.AZ


Azərbaycanın Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Türkiyənin şərq vilayətlərinə səfəri çərçivəsində Qars və Ardahan universitetlərində olub, azərbaycanlı tələbə və müəllimlərlə görüşüb.

ARHD.AZ xəbər verir ki, Ardahan Universitetində keçirilən görüşdə universitetin prorektoru professor Zafer Akyanat da iştirak edib.

Nəcibə Nəsibova azərbaycanlı tələbələrin tədris prosesi ilə maraqlanıb, onları düşündürən sualları cavablandırıb. Görüş zamanı iki qardaş ölkə arasında akademik sahədə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Müşaviri həmçinin Qars vilayətinə də baş çəkib. Burada Qafqaz Universitetinin azərbaycanlı müəllim və tələbələri ilə görüş keçirilib. N.Nəsibovanı universitetin rektoru professor Hüsnü Kapu qəbul edib.

Baxış sayı: 4 526

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə