Bakı, 13 may, ARHD.AZ


Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Qrupunun sədri Orhan Erdem, Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, Doğu Akdeniz Universiteti Fondunun İdarə Heyətinin sədri Erdal Özcenk, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin siyasi məsələlər üzrə müşaviri Anıl Kaya Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

Bu barədə ARHD.AZ-a İqtisad Universitetindən məlumat verilib.

UNEC-in rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Professor Ədalət Muradov qonaqlara UNEC-in təhsil imkanları, rəqəmsal idarəetmə sistemi, beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları, dünya reytinqlərindəki mövqeyi, tələbə və müəllim kontingenti və digər istiqamətlər barədə ətraflı məlumat verib.

Qonaqlar UNEC-in təhsil sahəsindəki müasir yanaşmalarını yüksək qiymətləndirərək, bu ali təhsil müəssisəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

Baxış sayı: 4 505

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə