Bakı, 23 aprel, ARHD.AZ



Özbəkistanın Termiz İqtisadiyyat və Xidmət Universitetinin nümayəndə heyəti ilə Azərbaycan Universitetində görüş olub.

Azərbaycan Universitetindən ARHD.AZ-a bildirilib ki, görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Azərbaycan Universitetinin tarixi və fəaliyyəti, fakültə və ixtisasları, beynəlxalq əlaqələri, elmi fəaliyyəti və yeni uğurları, o cümlədən beynəlxalq reytinqlərdə mövqeyi haqqında məlumat verilib. Termiz İqtisadiyyat və Xidmət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Jakhongir Şaturaev təmsil etdiyi ali təhsil müəssisəsi haqqında təqdimatla çıxış edib.

Görüşdə tərəflər birgə konfransların və digər elmi tədbirlərin təşkili, müştərək tədqiqatların aparılması, tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması və bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olub. Onları dil, din, tarix və milli kimlik bir-birinə bağlayır. Ölkə başçılarının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri hər sahədə güclənməyə davam edir. Elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması iki qardaş ölkə arasında münasibətlərin inkişafına böyük töhfə olacaq.

Görüş başa çatandan sonra qonaqlar universitetin tədris binası, auditoriyaları, mərkəz və laboratoriyaları ilə tanış olublar.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə