Bakı, 26 may, ARHD.AZ


Mayın 26-da Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin nümayəndələri ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin birinci direktor müavini Dilşod Saidjanov arasında görüş keçirilib.

ARHD.AZ xəbər verir ki, görüş zamanı nümayəndə heyətinə qurumun informasiya siyasəti, dövlət qurumları ilə media arasında əlaqələrin təşkili, rəqəmsal kommunikasiya strategiyaları və sözügedən sahədə həyata keçirilən islahatlar haqqında geniş təqdimat edilib, təcrübə mübadiləsi aparılıb, media sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.

Qeyd edilib ki, informasiya və kommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, media sahəsində institusional inkişafın dəstəklənməsi və müasir kommunikasiya çağırışlarına birgə cavab verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Baxış sayı: 3 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə