Astana, 22 may, ARHD.AZ


Qazaxıstanın Ali Məhkəmə Şurasında Azərbaycan və Türkiyənin hakim və prokurorların hazırlanması üzrə fəaliyyət göstərən xüsusi təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

ARHD.AZ Qazaxıstan Ali Məhkəmə Şurasının mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş iştirakçıları tərəfdaşlıq əlaqələrinin inkişafında, təcrübə mübadiləsində və birgə təhsil layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüş zamanı Qazaxıstan Ali Məhkəmə-Hüquq Şurası yanında Ədliyyə Akademiyası ilə Azərbaycan Baş Prokurorluğunun Elmi-Tədris Mərkəzi arasında ədliyyə və kadr hazırlığı sahəsində əməkdaşlıq Memorandumu imzalanıb.

Ali Məhkəmə-Hüquq Şurası yanında Ədliyyə Akademiyasının prorektoru Kanat Musin Memorandumun hakimlərin hazırlanması, təcrübə keçməsi və birgə tədqiqatların aparılması sahəsində qabaqcıl təcrübə mübadiləsinə şərait yaratdığını vurğulayıb.

Azərbaycan Baş Prokurorluğu Elm və Tədris Mərkəzinin rəisi Talıb Cəfərov əlavə edib ki, imzalanmış sənəd gələcək əməkdaşlıq və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi üçün möhkəm zəmin olacaq.

İştirakçılar qanunun aliliyinin təmin edilməsi naminə peşəkar əlaqələrin gücləndirilməsinə və qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümidvar olduqlarını bildiriblər.

 
Baxış sayı: 3 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə