İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilir

Bakı, 13 may, ARHD.AZ


Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşlarının iştirakı ilə növbəti qanvermə aksiyası keçirilir.

Nazirlikdən ARHD.AZ-a bildiriblər ki, tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Mayın 16-dək davam edəcək qanvermə aksiyasında 600-dək əməkdaşın iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada İqtisadiyyat Nazirliyinin əməkdaşları mütəmadi iştirak edirlər. Bu cür xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi planlaşdırılıb.

Baxış sayı: 4 504

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə