Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir

Bakı, 12 may, ARHD.AZ


Müasir dövrün təhdidlərinə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən kompleks tədbirlər həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, il ərzində Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə mütəmadi profilaktik tədbirlər keçirilir.

Tədbirlərdə “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinin tələbləri, kibertəhdid və təhlükələrə qarşı mübarizə üsulları, internet resurslarından təhlükəsiz şəkildə istifadə qaydalarına əməl etmək - kibergigiyena, kiberhücumlardan qorunma yolları, həmçinin məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunması məqsədilə informasiya təhlükəsizliyinin əhəmiyyəti hərbi qulluqçulara izah olunur, onları maraqlandıran suallar cavablandırılır.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə