Bakı, 12 may, ARHD.AZ


Abşeron Milli Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Konstitusiya və Suverenlik İli” çərçivəsində veloyürüş təşkil olunub.

ARHD.AZ xəbər verir ki, tədbir TƏBİB-in Pirallahı Tibb Mərkəzinin təşkilatçılığı, Abşeron Milli Parkının və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dəstəyi ilə baş tutub.

İki mərhələdə, eyni məsafə üzrə keçirilən yürüşə ümumilikdə 100-dən artıq tibb işçisi və könüllü qatılıb. Ulu Öndərin əziz xatirəsinə ehtiram, ölkəmizin suverenliyinin və vətəndaş həmrəyliyinin təbliği, sağlam həyat tərzinin təşviqi məqsədi daşıyan tədbir iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Sonda veloyürüş iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub. Tədbir Şahdili turu ilə yekunlaşıb.

Baxış sayı: 8 772

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə