Bakı, 9 may, ARHD.AZ


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup əməkdaşı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ümummilli Liderin məzarını ziyarət edib, məzarı önünə çələng və gül dəstələri qoyublar.

Təşkilatdan ARHD.AZ-a verilən məlumata görə, sonra veteranlar görkəmli akademik Zərifə Əliyeva və tanınmış dövlət xadimi Əziz Əliyevin də məzarlarını ziyarət ediblər.

Çıxış edən təşkilatın sədri, polkovnik Cəlil Xəlilov Ulu Öndərin tarixi xidmətlərinə diqqət çəkib, müasir Azərbaycanın əldə etdiyi bütün uğurların arxasında dahi Heydər Əliyev siyasi kursunun dayandığını bildirib.

Veteranlar, həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun məzarını, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidə kompleksini, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın, Respublika Veteranlar Təşkilatının sabiq sədrləri Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də polkovnik Rzaqulu Quliyevin məzarlarını ziyarət ediblər.

Baxış sayı: 4 504

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə