Bakı, 7 may, ARHD.AZ


Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən Göyçay şəhər Məhəmməd Füzuli adına 6 nömrəli tam orta məktəbdə nümunəvi mülki müdafiə məşqi keçirilib.

FHN-in mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

Tədbirin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Praktiki hissədə baş verən şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.

Tədbirdən sonra əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə