David Seliverstov: Albert Aqarunovun ruhu şaddır, çünki Azərbaycan artıq bütövdür

Bakı, 26 aprel, ARHD.AZ

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Albert Aqarunov cəmi 23 yaşında şəhid olub. Onun və digər şəhidlərimizin ruhu bu gün şaddır, çünki Azərbaycan artıq bütövdür və işğala məruz qalan torpaqları azad olunub.

ARHD.AZ xəbər verir ki, bu sözləri “Magen David” Azərbaycan İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümumisrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov jurnalistlərə açıqlamasında söyləyib.

O vurğulayıb ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günü bütün şəhidlərin anım günüdür: “Azərbaycan tolerant xalqdır. Millətindən, dinindən, irqindən asılı olmayaraq qəhrəmanlıq hər kəsin qəlbində yaşamalıdır. Albert bir yəhudi millətinin övladı olsa da, o, həm də Azərbaycan oğludur. Xalqımızın qəhrəman övladları hər zaman uca tutulmalıdır. Biz inanırıq ki, gələcəkdə də digər qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş tədbirlər təşkil ediləcək və bu kimi təşəbbüslər Azərbaycanımızın daha da güclənməsinə xidmət edəcək”, - deyə David Seliverstov əlavə edib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə