Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması COP29-un ölkəmizin həyatına gətirdiyi daha bir yenilikdir

Bakı, 25 aprel, ARHD.AZ



Qlobal Cənub QHT Platforması COP29-un ölkəmizin həyatına gətirdiyi daha bir yenilikdir. Bu təşəbbüs məhz COP29 zamanı irəli sürülüb. Biz böyük iftixar içərisindəyik ki, Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.

ARHD.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının aprelin 28-29-da Bakıda keçiriləcək təsis konfransı ilə əlaqədar Azərbaycan Milli QHT Forumunun ofisində təşkil olunan brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb.

"Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıcdır. Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək”, - deyə Aygün Əliyeva qeyd edib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə