Bakı, 25 aprel, ARHD.AZ



Milli Məclisin deputatları, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva və Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova Türkiyənin Düzce şəhərinə səfər çərçivəsində şəhərin valisi Selçuk Aslan ilə görüşüblər.

ARHD.AZ xəbər verir ki, görüş zamanı ortaq mədəni irsin qorunması, tarixi əlaqələrin dərinləşdirilməsi yönündə tərəfdaşlığın daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının qarşılıqlı etimada və qardaşlığa əsaslanan münasibətləri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə mühüm təkan verir. Bu siyasi və mənəvi yaxınlığın gücləndirilməsi istiqamətində birgə tədbirlərin, konfransların və mədəni layihələrin həyata keçirilməsinin önəminə diqqət çəkilib.

Milli Məclisin deputatları Azərbaycan ilə Türkiyə arasında müştərək mədəni irsin təbliği və bölgələrarası əlaqələrin dərinləşdirilməsi yönündə layihələrə dəstək ifadə ediblər.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr ilə davam edib.

Baxış sayı: 4 539

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə