Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib

Bakı, 18 aprel, ARHD.AZ



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 9 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, seçkinin təşkili məqsədilə nazirlikdə 9 nəfərdən (nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib.

İctimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 12 nəfərin namizədliyi təsdiq edilib.

Səsvermədə iştirak üçün qeydiyyata alınmış 89 nəfər QHT və media nümayəndəsinin iştirakı ilə obyektiv, şəffaf şəkildə keçirilən seçki nəticəsində 9 nəfər nazirlik yanında İctimai şuranın üzvləri seçiliblər.

“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şura nazirliyin fəaliyyətində ictimai iştirakçılığı, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakını, ictimai nəzarəti təmin edir.

Həmin Qanuna əsasən şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir vətəndaş cəmiyyəti institutları tərəfindən şuranın yeni tərkibi seçilir.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə