TOLERANTLIĞIN AZƏRBAYCAN MODELİ
“ Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq !
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır ! ”
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

• HÜQUQ MÜHAFİZƏ ORQANLARIYLA VƏTƏNDAŞLAR ARASINDA ƏMƏKDAŞLIQ.
Azərbaycan dövləti mənəvi dəyərlərin qorunmasını, təbliği və təşviqini cəmiyyətin inkişaf meyarlarından biri kimi qəbul edir. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının və dövlət siyasətinin tərkib hissəsidir. Başqa sözlə, bu gün Azərbaycan cəmiyyətinin və dövlətinin həm sosial-iqtisadi inkişafının, həm də mənəvi tərəqqisinin bünövrəsində Heydər Əliyev siyasəti dayanır. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan həm sosial-iqtisadi, həm də mənəvi dəyərlərin qorunmasına və inkişafına görə regionun lider dövlətinə çevrilib. Azərbaycan vətəndaşılarının qayğı və maraqlarını diqqət mərkəzində saxlayan, fəaliyyətinin əsas məramını ölkənin təhlükəsizliyinin, sabitliyinin və inkişafının təmin olunmasında, əhalinin rifah halının yüksəldilməsində görən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər, institusional dəyişikliklər, qanunvericilik bazasının təkmilləşdirilməsi hüquq sisteminin formalaşdırılmasını təmin edərək müstəqil, demokratik və hüquqi dövlətimizin daha da möhkəmləndirilməsinə zəmin yaradır.
Məhz Ulu Öndər sevgisinə vətəndaşlarımız. Ulu Öndərin bizlərə miras qoyub getdiyi Azərbaycan Hüquq Mühafizə orqanlarıyla sıx əməkdaşlıq edir. Son dönəmlərdə xüsusəndə gənclərimiz könüllük fəaliyyətlərini artırmışlardır. Bu gün gənclər Azərbaycanda dövlət siyasətinin aktiv iştirakçısı və aparıcı qüvvəsidir. Son illər gənclərin ictimai fəallığı daha da yüksəlib, onların idarəetmədə rolu artıb. Hazırda hüquq-mühafizə və xüsusi xidmət orqanlarında çalışan əməkdaşların yarısını gənclər təşkil edir və onların sayı ilbəil artmaqdadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlərin böyük əksəriyyəti də gənclərdir. Onlar sərhədlərimizi qoruyur, düşmənlə üzbəüz mövqelərdə dayanırlar. Azərbaycan gəncləri cəmiyyətimiz üçün yeni olan könüllülük hərəkatının əsasını qoyublar. Artıq bu hərəkatın on minlərlə üzvü var.
Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdir. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirmişdir. Ölkədə ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatlar, dövlət idarəçiliyində çağdaş yanaşmanı önə çəkən ardıcıl tədbirlər hüquq sisteminin ən yüksək beynəlxalq standartlara uyğun formalaşdırılmasına və müasir dövrün tələbləri səviyyəsində təkmilləşməsinə zəmin yaradaraq prokurorluq orqanlarının da ardıcıl və müntəzəm inkişafını təmin etmişdir. Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən, məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.
Azərbaycan Prezidentinin siyasi iradə və qətiyyəti, daxili işlər orqanlarının dövlətçiliyə və qanunçuluğa bağlılığı nəticəsində bu gün heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, ölkəmizi 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyildir. Buna cəhd edənlər, həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər.
Respublikamızın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində cinayətkarlıqla mübarizədə Daxili İşər Nazirliyi ilə yanaşı vətəndaşların da könüllülük əsasında iştirakı son dərəcə vacibdir. İnkişaf etmiş dövlətlərin də təcrübəsi göstərir ki, vətəndaşların bu prosesdə iştirakı, yəni planlaşdırılan və yaxud törədilən cinayətlər barədə polis orqanlarına məlumat verməsi ictimai sabitliyin və asayişin qorunmasında mühüm rol oynayır. Azərbaycan polisi öz gücünü canı qədər sevdiyi xalqından, diqqətini və qayğısını daim əsirgəməyən Ali Baş Komandanından, nazirliyin rəhbərliyinin yüksək peşəkarlıqla idarəetmə səriştəsindən alır. Onun yüksək vətənpərvərlik ruhu torpağına, Ulu Öndərin əmanət etdiyi müstəqil Azərbaycana sonsuz məhəbbətlə xidmət etməklə yoğurulub, yoğurulur və bərkiyir. Ona görə də Azərbaycan polisi qürurludur. Bu qürur onu daha da məsuliyyətlə, şərəflə xidmət etməyə ruhlandırır.
İndi Azərbaycan polisi deyəndə öz kökündən və həyatın real axarından ayrı düşməyən hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri ilə fəaliyyət göstərən, cəmiyyətə tam açıq olan, yeni çağırışlara ölkənin milli maraqları baxımından sərrast cavab verən mükəmməl bir struktur görürük.
Məhz bizlərdə Zalov İmza Tv Alyans təşkilatı olaraq hər zaman Müzəffər Ali baş komandan İlham Əliyev’i dəstəkləyirik. Dəmir yumruq ətrafında sıx birləşərək Dövlət və dövlətçiliyə hər zaman xidmət edirik. Ölkə daxilində edilən xidmətlərlə bərabər ölkə xaricində açılan nümayəndəlik məhz xidmətimizin bir nümunəsidir. Xaricdə Ölkəmizin yüksək səviyyədə dəstəklənməsi, beynəlxalq tədbirlərdə Azərbyacan hüquqi və demokratik bir dövlət olduğunu hər zaman vurğulayır və dövlətimizin daxili və xarici qüvəllərdən yüksək səviyyədə müdafiə olunması vəzifə borcu sayırıq. Eyni zamanda xaricdə yaşayan vətəndaşlarımıza kömək məqsədiylə Hüquq Mühafizə Orqanları və Vətəndaşlar arasında sıx bağın yaranmasına köməklik edirik. Gələcək illərdə fəaliyyət dövrlərimizdə daha çox ölkədə nümayəndəliklər açmaq, ölkəmizi layiqli bir şəkildə təmsil etməkdir.
Bizlərin dediyi kimi Azərbaycan Qafqazın parlayan ulduzudur.Bu ulduz Müzəffər Ali Baş komandan İlham Əliyev sayəsində daha da zirvələrə yüksələcək.
Xarici dövlətlərdə ki nümayəndəliklərimizlə birliktə ölkəmizin siyasi arenalarda dəstəklənməsi xarici təsirlərə qarşı müdafiə olunması ilk vəzifəmizdir. Belə ki ölkə xaricində, eləcədə ölkə daxilində xarici qüvvələrə qarşı hər zaman mübarizə aparırıq.