Ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

Bakı, 27 mart, ARHD.AZ



Ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, bu il martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Nəticədə, vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

Baxış sayı: 4 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə