İlin əvvəlindən 880 min sosial ödəniş elektron sistem üzərindən proaktiv qaydada təyin edilib

Bakı, 17 fevral, ARHD.AZ


İlin əvvəlindən 880 min sosial ödəniş elektron sistem üzərindən proaktiv qaydada təyin edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, bu il fevralın 1-dək həmin sosial təminat növləri üzrə 880 min (o cümlədən pensiya üzrə 142 min, müavinət və təqaüdlər üzrə 738 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

Baxış sayı: 5 355

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə