DİN: Ötən gün 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Bakı, 15 mart, ARHD.AZ

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 14-də ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən ARHD.AZ-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 34,1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Martın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbara, 16 tüfəng, 1 patron darağı və 12 patron aşkar edərək götürüblər.

 

Baxış sayı: 8 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə