MSK-nın sədri: Bələdiyyə seçkilərində 71 min 209 nəfər müşahidəçi statusuna malik olub

Bakı, 14 fevral, ARHD.AZ


MSK-nın sədri: Bələdiyyə seçkilərində 71 min 209 nəfər müşahidəçi statusuna malik olub


Bələdiyyə seçkilərində 71 min 209 nəfər müşahidəçi statusuna malik olub.

ARHD.AZ xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ümumi yekunlarına həsr olunmuş iclasında söyləyib.

O bildirib ki, ümumilikdə, akkreditasiyadan keçən 70 min 625 müşahidəçinin 26 min 260-ı 24 siyasi partiyanın təmsilçisi idi.

MSK sədri onu da əlavə edib ki, seçkilərdə səsvermənin şəffaf keçirilməsi baxımından veb-kameraların da tətbiqi çox önəmlidir.

 

Baxış sayı: 5 438

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə