“E-sosial” portalı və “Əmək və Məşğulluq” e-sistemi ABŞ-da keçirilən müsabiqənin qalibi olub

Bakı, 13 fevral, ARHD.AZ


“E-sosial” portalı və “Əmək və Məşğulluq” e-sistemi ABŞ-da keçirilən müsabiqənin qalibi olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki rəqəmsal layihəsi ABŞ-da fəaliyyət göstərən “Global Tech Awards” platformasının keçirdiyi müsabiqənin qalibləri olublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, onlardan “e-sosial” portalı “İcma və ya Assosiasiya (Veb saytlar)” nominasiyası, “Əmək və Məşğulluq” altsistemi isə “İnsan Resursları Texnologiyası (HRTech)” nominasiyası üzrə mükafatlara layiq görülüblər.

Müsabiqədə digər qaliblər sırasında ABŞ, Vyetnam, Almaniya, Rumıniya, Sinqapur, BƏƏ və bir sıra digər ölkələrin layihələri yer alıb.

Müsabiqə innovasiya, yaradıcılıq və mükəmməlliyə fokuslanaraq, dünyanın müxtəlif yerlərindən ən müstəsna texnoloji həlləri və xidmətləri müəyyən etmək və mükafatlandırmaq məqsədi daşıyır.

Baxış sayı: 4 334

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə