Türkiyə və Pakistanın liderləri iki ölkə arasında dostluğun sarsılmaz olduğunu bildiriblər

Ankara, 13 fevral, ARHD.AZ


Türkiyə və Pakistanın liderləri iki ölkə arasında dostluğun sarsılmaz olduğunu bildiriblər


Ankara İslamabadın regional sabitliyin təmin edilməsinə və terrorla mübarizəyə töhfəsini alqışlayır. Biz dost ölkəyə, o cümlədən təhlükəsizlik təhdidlərinə qarşı mübarizə məsələsində hər cür dəstəyi verməyə hazırıq.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı, fevralın 13-də İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Türkiyə liderinin sözlərinə görə, iki ölkə tarixin ən çətin dövrlərində həmrəylik nümayiş etdirib. Prezident Ərdoğan buna misal olaraq 2023-cü ilin fevralında baş vermiş zəlzələlərin dağıdıcı nəticələrindən sonra İslamabadın Ankaraya dəstəyini göstərib.

Ərdoğan xatırladıb ki, təbii fəlakət zonasına səfər edən ilk xarici lider Pakistanın Baş naziri Şahbaz Şərif olub. O əlavə edib: “Pakistan xalqının həmrəyliyini heç vaxt unutmayacağıq və dəstəyinizə görə sizə səmimi təşəkkürümüzü bildiririk”.

Türkiyə dövlətinin başçısı Kipr türk xalqının ədalətli mübarizəsinə verdiyi dəstəyə görə də İslamabada minnətdarlığını bildirib.

Pakistanın Baş naziri, öz növbəsində, qardaş Türkiyə ilə münasibətlərin misli görünməmiş səviyyəyə yüksəldiyini deyib. Şərif əlavə edib: “Ölkəmizin üzləşdiyi çoxsaylı çətinliklər, o cümlədən sel, daşqın və zəlzələ fonunda Ankaranın dəstəyini hiss etdik”.

Siyasətçi Türkiyəni dünyanın ən fəal inkişaf edən ölkələrindən biri adlandırıb.

Bu gün məlum olub ki, Pakistan hakimiyyəti İslamabadın izdihamlı küçələrindən birinə Rəcəb Tayyib Ərdoğanın adını vermək qərarına gəlib.

Baxış sayı: 4 541

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə