Ankara, 13 fevral, ARHD.AZ


İslamabadda Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında danışıqlar aparılıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şəriflə görüşüb.

ARHD.AZ xəbər verir ki, görüşdə Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan, energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacir və digər rəsmi şəxslər iştirak ediblər.

Danışıqlardan əvvəl Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub.

Rəcəb Tayyib Ərdoğan Pakistan Baş nazirinin iqamətgahının ərazisində ağac əkib.

Türkiyə Prezidenti Asiya ölkələrinə səfəri çərçivəsində Pakistana gəlib. O, bundan əvvəl Malayziya və İndoneziyada danışıqlar aparıb.

Baxış sayı: 4 308

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə